Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Dəməşqin mərkəzində baş vermiş partlayışda azı 5 nəfər həlak olub



Suriyada dövlət mediasının xəbərinə görə aprelin 27-də paytaxt Dəməşqin mərkəzində baş vermiş partlayışda azı 5 nəfər həlak olub. hadisə zamanı 20 nəfərin də yaralandığı bildirilir. Hökumət partlayışı terrorçuların törətdiyini bildirir.

Şahidlər bu gün səhər saatlarında paytaxtın sənaye zonasında da partlayış olduğunu deyirlər. Amma orada tələfat haqqında məlumat yoxdur.

Son bir ildə bu ölkədə prezidentin istefası tələbilə keçirilən etiraz aksiyalarına hökumətin silahlı müdaxiləsi ölkə boyu silahlı qarşıdurmalara səbəb olub. BMT 10 mindən çox adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG