Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:18

Bakıda mədəni abidələrin mühafizəsi müzakirə olunur


Arxiv foto
Arxiv foto
Aprelin 27-də Bakıda «İrs təhlükə altında – Şəhərin tarixi landşaftının perspektivləri» mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan İCCROM və İCOMOS-un təşkilatçılığı ilə keçirilən konfrans məhv olmaq təhlükəsi ilə üzləşən və ya münaqişə zonasında olan mədəni irs abidələrinin qorunmasına həsr olunub.

Xəbərdə vurğulanır ki, açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev dövlətin mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində aktiv siyasət yürütdüyünü deyib.

Nazir qeyd edib ki, bu gün işğal altında olan Azərbaycan torpaqlarında qalmış abidələr məhv edilir, mənimsənilir, tarixi tikililərdə heyvan bəslənir.

O, Bakıda erməni kilsəsinin qorunduğunu, Ermənistan katalikosunun Azərbaycana səfəri zamanı kilsəyə baş çəkdiyini deyib: «Azərbaycanda müxtəlif millətlər dinc yaşayır və öz adətlərini qoruyurlar. Burada təəccüblü bir şey yoxdur, bu bizim ənənəmiz, həyat tərzimizdir».

Mədəniyyət naziri konfrans iştirakçılarını mayın 28-dən iyunun 1-dək Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə foruma dəvət edib.

Beynəlxalq konfrans aprelin 29-da başa çatacaq.
XS
SM
MD
LG