Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:18

Guardiola “Barcelona”dan gedir


“Barcelona”nın baş məşqçisi Pep Guardiola mövsüm başa çatandan sonra klubu tərk etmək qərarı verib.

Xəbəri Sky Sports yayıb.

Pep Guardiolanın rəhbərlik etdiyi 4 il ərzində “Barcelona” bir çox nüfuzlu kuboklarını, o cümlədən iki dəfə UEFA Çempionlar Liqasının kubokunu qazanıb.

Lakin son aylar 41 yaşlı Pep Guardiolanın klub rəhbərliyində qalıb-qalmayacağı ilə bağlı söz-söhbətlər başlamışdı.


İki gün əvvəl “Barcelona” UEFA Çemoionlar Liqasında yarımfinalda “Chelsea” komandasına məğlub olmuşdu.
XS
SM
MD
LG