Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

BMT-nin baş katibi Suriyanı növbəti dəfə xəbərdarlıq etdi


Ban ki-Moon
Ban ki-Moon
Suriya hakimiyyəti təcili olaraq qoşunları və ağır texnikanı şəhərlərdən çıxarmalıdır. Bunu BMT-nin baş katibi Ban ki-Moon bildirib.

Baş katib deyib ki, Suriyada şəhərlərin artilleriya atəşinə tutulması və hələ də ağır texnikanın qalması barədə BMT müşahidəçilərindən daxil olan məlumatlardan ciddi narahatdır. Ban ki-Moon qeyd edib ki, bu, Suriya hökumətinin götürdüyü öhdəliklərə ziddir.

Aprelin 26-da ABŞ-ın BMT-dəki nümayəndəsi Susan Rice Suriya hakimiyyətini Hama və başqa şəhərlərdən hərbi texnikanı çıxarmamaqda ittiham etmişdi. Bildirmişdi ki, bu vəziyyət dəyişməsə, ABŞ BMT Təhlükəsizlik Şurası qarşısında Suriyaya qarşı yeni sanksiyalar tətbiq olunması məsələsini qaldıracaq.
XS
SM
MD
LG