Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:28

“Markes qatarı” xəttə buraxıldı!


"Markes qatarı"
"Markes qatarı"
Moskva metrosunda “Markes qatarı” xəttə buraxıldı!

Oxuzalı.az xəbər verir ki, 6 ay ərzində sərnişinlərə xidmət edəcək qatarın vaqonları Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin şəkilləri, “Yüz il tənhalıqda” və başqa məşhur əsərlərindən sitatlarla bəzədilib.

Bu təşəbbüs Rusiya paytaxtında davam etdirilən “Metroda poeziya” layihəsi çərçivəsində reallaşıb.

“Markes qatarı” üçün yarım milyon xatirə bileti də satışa çıxarılıb.

Markesin yaradıcılığının “Metroda poeziya” layihəsi çərçivəsində təbliğ edilməsi Kolumbiyanın Rusiyadakı səfiri Rafael Amador Campos-un təşəbbüsüdür.

“Metroda poeziya” dünyanın məşhur yazarlarının təbliğinə və paytaxt əhalisinin ədəbiyyata marağının artırılmasına yönəlmiş bir layihədir.

Bundan əvvəl Moskva metrosunda Çili şairləri Pablo Neruda və Gabriela Mistral, eləcə də italyan şairləri Dante Alighieri və Francesco Petrarca-nın da yaradıcılığına həsr edilmiş qatarlar da xəttə buraxılmışdı.
XS
SM
MD
LG