Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:44

Martin Schulz: «Diktaturaya qarşı addımlar səbrlə atılmalıdır»


Martin Schulz
Martin Schulz
-
««Eurovision» mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycanda insan haqları barədə daha çox debatlara səbəb olur. Belə yarışmaya qatılanlar Avropa deputatlarını da hökumətlərə daha çox təsir göstərməyə sövq edir».

Bunu Avropa Parlamentinin prezidenti Martin Schulz AzadlıqRadiosunun Brüsseldəki müxbiri Rikard Jozwiak'ın suallarına cavabında deyib.

Avropa Parlamentinin prezidenti düşünür ki, Azərbaycan kimi ölkələrə beynəlxalq təzyiqlər son dərəcə ehtiyatla edilməlidir:

«Mən 18 ildir Avropa Parlamentinin deputatıyam. Təcrübəm əsasında deyə bilərəm ki, həddən artıq avtoritar, diktatura rejimlərində insanların gündəlik həyatını yüngülləşdirmək üçün son dərəcə ehtiyatlı olmaq lazımdır… Həmişə münasib vaxtı gözləmək lazımdır. Bu vaxt nəzərə alınmasa, həmin ölkələrdə insanlar daha artıq təzyiqlərə məruz qala bilərlər. Adətən rejimlərə beynəlxalq təzyiqlərin artması onların da öz xalqlarına təzyiqi artırmalarına səbəb olur. Daha çox iztirablara bais olmamaq üçün ehtiyatlı olmaq lazımdır».

Martın sonunda Avropa Parlamenti Azərbaycanla Avropa Birliyi arasında assosiasiya sazişi üzrə danışıqların gedişinə dair qətnamə qəbul edib.

Qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, insan haqları sahəsində demokratik islahatların həyata keçirilməsinin vacibliyi vurğulanır.

Hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri bir qayda olaraq ölkədə insan haqlarının vəziyyətindən narahatlıqların əsassız olduğunu bildirirlər. Onlar deyirlər ki, belə cəhdlər hansısa ölkələrin maraqlarının təmin olunması üçün Bakıya təzyiqdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG