Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:59

«İndiyədək Elmin İnkişafı Fondu üç plagiat iş müəyyən edib»


APA-nın xəbərinə görə, bunu Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, plagiat işlər aşkarlanan zaman hətta müzakirələr o qədər gərgin keçib ki, bəzi alimlər anonimlik şərtini pozmağa da razı olub, öz adlarının göstərilməsini istəyiblər: «Biz belə elmi forumlarda etik normaları gözləməyə çağırırıq. Hətta belə polemikalarda alimlərdən biri qarşı tərəfə bir neçə bəndlik şeirlə cavab vermişdi».

E. Babayev onu da deyib ki, elm sahəsində hüquq pozuntusu halları o qədər çox deyil: «Fonda təqdim edilən layihələrlə bağlı müəllif hüquqlarını tamamilə qoruyuruq. Hansısa mübahisəli məsələ çıxarsa, bu məsələnin sona qədər araşdırılması üçün Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq etməyə hazırıq».

İcraçı direktor, fondun çox güclü elektron məlumat bazasının yaradıldığını vurğulayıb: «Baza zənginləşdikcə biz daha yaxşı izləyə bilirik ki, hansı layihə bizdən başqa hansısa fonda təqdim edilib, yaxud işlənmiş mövzulardır. Biz belə layihələri dərhal müsabiqədən uzaqlaşdırırıq».
XS
SM
MD
LG