Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Mətbuat Şurası ilə ATƏT-in Bakı ofisi yeni layihəyə başlayıb


Azərbaycan Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası ilə ATƏT-in Bakı ofisi «Media və cəmiyyət münasibətlərində media müzakirələri» adlı yeni layihəyə başlayıb.

Şuradan APA-ya verilən məlumata görə, məqsəd Azərbaycan mediasının aktual problemlərini qruplaşdırmaqla, onların geniş ictimaiyyətə təqdimatını həyata keçirməklə cəmiyyətin həmin problemlərin aradan qaldırılmasına effektik təsir mexanizminin formalaşmasına dəstək göstərməkdən ibarətdir.

Əsas hədəflərdən biri də Azərbaycan jurnalistikasını vətəndaşlar üçün daha yaxın etmək, cəmiyyətlə medianın əlaqələrini möhkəmləndirməkdir.

İlin sonunadək həyata keçiriləcək layihə çərçivəsində ATƏT-in Bakı ofisi, Mətbuat Şurası, ölkədə ictimai rəyə təsir göstərə bilən kütləvi informasiya vasitələrinin təmsilçiləri və media ekspertlərinin iştirakı ilə «İctimai TV»də proqramların təşkili nəzərdə tutulur.

Proqramlarda əsasən KİV-lərin iqtisadi çətinlikləri, jurnalistika təhsili, yeni media, diffamasiya və digər bu kimi məsələlər ətrafında müzakirələr təşkil olunacaq.
XS
SM
MD
LG