Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 19:08

Liviyada dini partiyalar qadağan edilir


Liviyada dini və etnik prinsiplər əsasında yaradılmış partiyalar qadağan edilib.

Ötəri Milli Şuranın nümayəndəsi bildirib ki, məqsəd milli birliyi qorumaqdır.

Liviyada ən böyük islamçı hərəkat olan “Müsəlman Qardaşları” hakimiyyətin qərarını ittiham edib.

Bundan əvvəl ölkədə bu hərəkatın rəhbərliyilə parlament seçkisində mübarizə aparmaq məqsədilə Azadlıq və Ədalət partiyası yaradılıb.

Seçki 2 aydın sonra keçiriləcək.

Çevrilişdən sonra Tunis və Misirdə keçirilmiş parlament seçkilərini islamçılar udub.
XS
SM
MD
LG