Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Timoshenko aclığı davam etdirir


Avropa Birliyi Ukraynanın sabiq baş naziri Yulia Timoshenkonun vəziyyəti ilə bağlı narahatlıq bildirib. Ukrayna rəhbərliyindən Timoşenkonun səhhəti ilə bağlı məlumata aydınlıq gətirilməsi, müstəqil şəxslərə və vəkillərə Timoşenko ilə görüşmək imkanının yaradılması tələb olunur.

Yulya Timoşenkonun vəkili Sergey Vlasenko deyib ki, Timoşenkonu cəzaçəkmə müəssisəsinin rəisi və iki əməkdaşı döyüb. Bundan sonra Timoshenko aprelin 20-dən aclıq aksiyasına başlayıb.

Ukraynanın Penitensiar Xidməti fiziki zorakılıqla bağlı deyilənləri təkzib edib.
XS
SM
MD
LG