Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 16:11

ABŞ qaçaqmalçılıqla mübarizədə Gömrük Komitəsinə yardım edir


ABŞ Azərbaycana silah və digər qaçaqmalçılığı aşkara çıxarmaq üçün texniki avadanlıq verib. Dəyəri 300 min dollar olan maşınlar xüsusi avadanlıqlarla təmin olunub.

Bu barədə aprelin 25-də Gömrük Komitəsində keçirilən brifinqdə qurumun rəhbəri Aydın Əliyev məlumat verib.

O deyib ki, Azərbaycan gömrükçüləri 2009-cu ildən ABŞ-ın İxracat Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi Proqramına (EXBS) qoşulub. «Bu vaxtdan bəri ABŞ tərəfi Gömrük Komitəsinə qaçaqmalçılığı aşkar edə bilən 1 milyon 900 min dolar dəyərində texniki avadanlıq verib», - Aydın Əliyev bildirib.

Texniki avadanlıq Azərbaycanın İran və Rusiya ilə sərhəd-keçid məntəqəsinə göndəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG