Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 20:30

Kofi Annan Suriyada vəziyyətin ağır olduğunu deyir


"Suriyada vəziyyət olduqca ağırdır".

Bunu BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annan çərşənbə axşamı təhlükəsizlik şurasında çıxış edərkən deyib.

O xüsusilə hökumət qoşunlarının Hama şəhərinə girməsi və bir neçə adamı güllələməsindən narahatlıq bildirib.

Kofi Annan bir daha Suriya hakimiyyətini sülh planının bütün 6 şərtini yerinə yetirməyə, habelə müxalifət qüvvələrini atəşkəsə əməl etməyə çağırıb.

Kofi Annanın nümayəndəsi Ahmad Fauzi çərşənbə axşamı bildirib ki, fəzadan aparılan çəkiliş hələ də Suriyanın şəhərlərində ordu və zirehli texnikalar olduğunu göstərir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG