Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:28

Əli Əhmədov: «Müxalifətin işlərindən biri də etiraz aksiyalarının keçirilməsidir»


Mətbuat icmalı
Mətbuat icmalı
«MEYDANDA BÜTÖVLÜK HİSS EDİRDİM»

«Bizim yol» qəzetinin bu günkü sayında Müsavat başqanı İsa Qəmbərlə müsahibə yer alıb. «Mən meydanda bütövlük hiss edirdim» sərlövhəli yazıda İsa Qəmbər 22 aprel mitinqində AXCP ilə Müsavat partiyalarının bayrağının hərəsinin bir tərəfdə dalğalanmasına aydınlıq gətirib.

O deyib ki, «İctimai Palatanın qərarına əsasən milli bayraqlar və aksiyada iştirak edən siyasi qüvvələrin bayraqları dalğalana bilərdi. Bu şəkildə kim öz təşkilatının bayrağını gətirmək istəmişdisə, gətirmişdi. Mən meydanda bütövlük hiss edirdim. Ola bilər ki, meydanın bir tərəfində cəbhə, digərində Müsavat bayrağı olub. Amma bütövlükdə insanlar bir məqsəd və bir amal uğrunda mübarizə aparırlar».


«MÜXALİFƏT ÖZÜNƏ BIR MƏŞĞULİYYƏT TAPA BİLMİR»

«Yeni Azərbaycan» qəzeti YAP-ın icra katibi Əli Əhmədovun mətbuata dediklərinə geniş yer ayırıb. İctimai Palatanın mitinqindən danışan Əli Əhmədov deyib ki, müxalifət özünə bir məşğuliyyət tapa bilmir: «İctimai Palata iki mitinq keçirdi, onda nə oldu ki, mayın 6-da keçirəcəyi mitinqdə də nəsə olsun? Müxalifətin işlərindən biri də etiraz aksiyalarının keçirilməsidir. Ancaq təəssüf ki, müxalifət vətəndaşların onları dəstəkləmədiyini dərk edə bilmir, bunun reallıq olduğunu başa düşmək istəmir. Onlar qəbul etmək istəmirlər ki, Azərbaycan cəmiyyəti indiki müxalifətdən çoxdan əlini üzüb».


«YAZIÇILAR BİRLİYİNİN QAPISI ƏKRƏM ƏYLİSLİYƏ AÇIQDIR»

«Yeni Müsavat» yazıçı Əkrəm Əylislinin həmkarı Anarla görüşmək istədiyinə ikincinin münasibətini öyrənib. Anar qəzetə bildirib ki, Əkrəm Əylislinin görüşmək təklifini mətbuatdan oxuyub: «Harada və haçan istəsə, onunla görüşməyə hazıram. O, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvüdür. Yazıçılar Birliyi bütün yazıçılar kimi Əkrəmin də evidir. Qapıları hər zaman onun üzünə açıqdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG