Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Amnesty İnternational Avropada müsəlmanların ayrı-seçkiliyə məruz qaldığını bildirir


Amnesty İnternational İnsan haqları bildirir ki, Avropa ölkələrində müsəlmanlara mütəmadi olaraq iş və təhsil imkanları verilmir.

Aİ-nin hesabatı Fransa, Belçika, İspaniya və Niderlandda müsəlmanların həyatını öyrənməklə hazırlanıb.

Hesabatda deyilir ki, müsəlmanlar mədəni və dini ayrı-seçkiliyə məruz qalırlar.
Fərqli paltar geyinən müsəlmanlar iş yerində və təhsildə uğur qazana bilmirlər.

Hesabatı hazırlayan Marco Perolininin sözlərinə görə, bir çox Avropa ölkəsində müsəlmanlara münasibət belədir ki, “müsəlman yaxşıdır, bir şərtlə ki, gözə dəyməsin”.

Aİ bildirir ki, Avropa Birliyində ayrı-seçkiliyi qadağan edən qanun var. Aİ Avropa Birliyini bu qanunu həyata keçirməyə çağırır.
XS
SM
MD
LG