Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 04:24

Avropada müsəlmanlara qarşı ayrıseçkilik


Avropa ölkələrinin hökumətləri müsəlmanlarla mənfi stereotiplərlə mübarizə aparmaq üçün daha çox cəhd etməlidirlər. Xüsusilə də təhsil və məşğulluq sahəsindəki ayrıseçkiliyə son qoyulmalıdır. Bu haqda Amnesty İnternational təşkilatının yaydığı hesabatda bildirilir.

“Seçim və önyarğılar: Avropada müsəlmanlara qarşı diskriminasiya” adlanan hesabatda İslam dini davamçılarının etiqadları ucbatından ayrıseçkiliyə məruz qalması haqqında məlumatlar yer alıb.

AVROPANI GÖZLƏYƏN YENİ BÖHRAN

125 səhifəyə yaxın hesabat Avropa Şurası insan haqları üzrə komissarı Tomas Hammarbergin stal başalyır:

“Maliyyə böhranından sonra Avropa ölkələrini deyəsən növbəti böhran gözləyir – insani dəyərlərin parçalanması. Bunun əlamətlərindən biri də müsəlmanlara qarşı dözümsüzlükdür. Avropa ölkələrində aparılan sorğular göstərir ki, burada İslam mədəniyyəti və müsəlmanlara qarşı mənfi münasibət var. Belə islamofobiya elementləri əsasən Türkiyə, ərəb ölkələri və Cənubi Asiyadan gələnlərə qarşı yönəlir”.

Sənəddə xüsusilə də Belçika, Fransa, Niderland, İspaniya və İsveçrədə məscidlərin təsis olunmasına, qadınların başı və üzü bağlı gəzməsinə yaradılan problemlərdən söz açılıb. Hesabatda bir çox Avropa ölkələrində ayrıseçkilik faktları haqqında ayrı-ayrılıqda məlumat verilib.

SAQQAL SAXLADIĞINA GÖRƏ İŞDƏN QOVURLAR

Amnesty International-ın diskriminasiya üzrə eksperti Marko Perolini deyir ki, indi bir çox Avropa ölkələrində müsəlman qadınlarına iş verilmir, qızların isə məktəbə getməsinə qadağa qoyulur:

“Çünki onlar başlarını bağlayırlar. Kişilər isə dinin tələblərinə uyğun saqqal saxladıqlarından, işdən qovula bilər. Siyasi partiyalar isə buna qarşı çıxmaq əvəzinə əksər hallarda seçici səsi yığmaq üçün bu fikirlərə qahmar çıxırlar”.

Pereolini deyir ki, dini və mədəni simvolların gəzdirilməsi, müəyyən paltarların geyilməsi ifadə azadlığı hüququnun bir hissəsidir. Bu, həmçinin dini etiqad və inanc azadlığının bir hissəsidir və hər bir inanc davamçıları bu hüquqdan bəhrələnməlidir:

“Hər kəs öz dininə uyğun geyinə bilər, ənənələrinə əməl edə bilər. Hansısa formalı geyimə qadağan qoyulması, insanların azad geyim seçməsinə maneə yaradır.

SAHİBKAR İŞÇİNİ DİNİ SİMVOLA GÖRƏ GÖZÜMÇIXDIYA SALIR

Hesabatda xüsusi olaraq məşğulluq sahəsində diskriminasiyaya yol açan qanunlar tənqid olunur. Qeyd edilir ki, Belçika, Fransa və Niderlanddakı qanunlar sahibkara icazə verir ki, kiminsə istifadə etdiyi dini simvol iş yerində xoşagəlməz səs çıxardarsa, şirkətin korporativ imicinə və ya müstəqilliyinə ziyan vurması adıyla bu adamı işdən çıxartsın.

Amnesty İnternational qeyd edir ki, bu cür qanun Avropa Birliyinin ayrıseçkiliklə mübarizə haqqında tələblərinə birbaşa ziddir:

“Avropa Birliyində dini etiqad və inancına görə iş yerində ayrıseçkiliyi qadağan edən bu qanun deyəsən bütün Avropada dişsiz bir qanuna çevrilib. Çünki biz müsəlmanlar, xüsusilə də qadınlar arasında işsizliyin yüksək səviyyədə olduğunu görürük”.


Hesabatda bildirilir ki, son illər ərzində İspaniya, Fransa, Belçika, İsveçrə və Niderland daxil olmaqla bir çox ölkələrdə orta məktəblərdə baş örtüyü və digər dini geyimlər qadağan olunub.

MÜSƏLMAN QADINLAR SAVADSIZ OLA BİLƏR

Perolini qeyd edir ki, dini simvolların, ənənəvi geyimlərin məhdudlaşdırılması ilə bağlı hallar ayrı-ayrı situasiyalar uyğun qiymətləndirilməlidir:

“Ümumi qadağa qoyulması müsəlman qadınların savadsız qalmasına, onların dini etiqad və ifadə azadlığının pozulmasına gətirib çıxara bilər”.

Amnesty İnternational məscidlərin tikintisi ilə bağlı duruma da toxunub. Qeyd olunur ki, 2010-cu ildə İsveçrə Konstitusiyasına edilən dəyişiklik minarələrin tikintisinə faktiki qadağan etmiş olurdu. Bu da İsveçrənin hörmət etməli olduğu beynəlxalq öhdəliklərə ziddir.

Kataloniyada (İspaniya) məscid tikintisi yerli ənənələrə uyğun gəlməyinə görə qadağan edilib. Burada müsəlmanlar açıq meydanlarda, küçədə namaz qılmalı olurlar.

Amnesty International – insan haqları uğrunda beynəlxalq hərəkatdır. Bu təşkilat Ümumdünya İnsan Haqları Bəyannaməsi və digər beynəlxalq sazişlərdə təsbit olunan hüquqların qorunmasına naminə işləyirlər. Amnesty International həmçinin siyasi və vicdan məhbuslarının azad olunması, ölüm hökmünün ləğvini, məhbuslara qarşı qəddar davranma və digər məsələlərlə bağlı kampaniyalar təşkil edir.

Amnesty International dünyanın 16 ölkəsindən olan 3 milyondan çox insan tərəfindən dəstəklənir.

Azərbaycanda da ara-sıra dini etiqad azadlığına qarşı basqılar haqqında məlumatlar yayılır. Artıq 3 ildir ki, orta məktəblərdə vahid məktəbli forması tətbiq edildiyindən, qızların hicabla dərsə getməsinə problem yaradılır.

Son illər dini azadlıqla bağlı ABŞ Dövlət Departamentinin yaydığı hesabatlarda Azərbaycanda məscidlərin bağlanması, saqqallı insanların zorla polis tərəfindən saqqallarının qırxılması, qeyri-ənənəvi din nümayəndələrinin təqib olunması, dini geyim və atributlardan istifadəyə maneələr yaradılmasına dair faktlar yer alıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG