Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:33

Gəncədə işıqforlar müasirləri ilə əvəzlənir


Gəncədəki köhnə işıqforlar müasir, rəqəmsal işıqforlarla əvəzlənəcək.

Bu barədə məlumatı Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi şöbəsindən veriblər.

Bildiriblər ki, ilk olaraq şəhərin mərkəzində olan işıqforlar yeni, rəqəmsalları ilə əvəz ediləcək, daha sonra isə ətraf ərazilərə quraşdırılacaq. İdarədən həmçinin bildiriblər ki, Gəncədə hərəkəti tənzimləyən nişanlar da dəyişdirilir. Bu il Gəncədə 100-ə yaxın nişan yenisi ilə əvəz edilib.

Hazırda Gəncə şəhərində 500-ə yaxın yol hərəkətini tənzimləyən nişan və 36 yolayırıcında quraşdırılan işıqfor var.
XS
SM
MD
LG