Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Rusiya prezidenti müxalifət fəalını əfv edib


Rusiya prezidenti Dmitry Medvedev müxalifətin icazəsiz mitinqində polisə hücuma görə mühakimə edilən 56 yaşlı Sergei Mokhnatkini əfv edib. Əmək düşərgəsində cəzasını çəkən Mokhnatkin isə yanlış bir şey etmədiyini bildirib. O 2009-cu ildə müxalifətin icazəsiz mitinqi zamanı yaşlı qadını döyən milisi ancaq itələdiyini iddia edirdi. 56 yaşlı məhbusun adı olan 32 nəfərlik siyasi məhbus siyahısını müxalifət liderləri prezident Medvedevə 2012-ci ilin fevralındakı görüşdə təqdim etmişdilər.
XS
SM
MD
LG