Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:57

«Saakashvili şərait yaratsa...»


M.Ə.Rəsulzadənin Novxanıda heykəli
M.Ə.Rəsulzadənin Novxanıda heykəli
«Rəsulzadənin heykəlinin Tbilisidə qoyulması daha realdır, nəinki Bakıda».

«İşdən sonra» proqramının 20 aprel buraxılışının qonağı, «Azad Gənclik» təşkilatının üzvü Məcid Mərcanlı belə deyir. M.Mərcanlı Tbilisidə M.Ə.Rəsulzadənin heykəlinin qoyulması üçün Gürcüstan prezidentinə müraciətin təşəbbüskarlarından biridir.

Müraciətdə imzası olan «Nida» Vətəndaş Hərəkatının üzvü Zamin Hacı isə deyir ki, bu çağırış həm də Mikheil Saakashvili üçün də testdir:

«Saakashvili bununla Azərbaycan parlamentindəki çıxışında nə qədər səmimi olduğunu göstərəcək».

Gürcüstan prezidenti Milli Məclisdə çıxış edərkən Rəsulzadənin «Bir kərə yüksələn bayraq bir daha enməz» sitatını həm Azərbaycan, həm gürcü dilində təkrarlamış, ADR qurucularının fəaliyyətindən bəhs etmişdi.

Məcid Mərcanlı deyir ki, heykəl üçün yer seçiminə arqumentləri tək Saakashvili'nin çıxışından qaynaqlanmır:

«ADR ilk dəfə Tbilisidə elan olunub və Gürcüstan hal-hazırda Qafqazda demokratiyaya doğru irəliləyən yeganə dövlətdir».

Zamin Hacı
Zamin Hacı
O, həmçinin qeyd edib ki, bu təşəbbüs Azərbaycan hakimiyyətinə bir etiraz olaraq da dəyərləndirilməlidir.

Zamin Hacı deyir ki, heykəlin Bakıda qoyulması təklifi illər əvvəl dəfələrlə irəli sürülüb:

«O zamanlar hətta heykəlin maketi də hazırlanmışdı, lakin sonradan bizə bildirdilər ki, heykəli hazırlamaq üçün maliyyə vasaiti çatışmır. Biz həmin vəsaiti toplayacağımızı bildirdik, lakin yenə icazə verilmədi».

Yazarın fikrincə, Gürcüstanda bu problem olmayacaq:

«Azərbaycan xalqı Rəsulzadəni sevir və onun xalqa etdiyi təmənnasız xidmətləri heç kəs unutmayıb. Saakashvili buna şərait yaratsa, həmin vəsait asanlıqla yığılacaq».

Müzakirəni tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG