Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:35

Azərbaycanlı rəssam qadın zorakılığına «yox» deyəcək


Mehriban Əfəndi
Mehriban Əfəndi
«Təəssüf ki, vaxt azlığından ABŞ-da düzənlənən sərgidə iştirak edə bilməyəcəyəm»
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına rəssam Mehriban Əfəndi söyləyib.
Bir neçə gün əvvəl rəssam mayın 5-də ABŞ-ın Bigfork (Montana ştatı) şəhərində «The summer house Playhouse» sərgi zalında keçiriləcək «İncəsənət və Maarifləndirmə» sərgisinə dəvət alıb.
Dünyanın bir sıra ölkələrindən görkəmli fırça ustalarının ruhlandırıcı sənət və foto nümunələrindən ibarət əsərlərinin nümayiş olunacağı səssiz hərrac sərgisi xeyriyyə məqsədi daşıyır.
İştirakçıların arasında məşhur «The Secret» kitabının müəllifi yazıçı Mike Dooley də var.
Qadın zorakılığına qarşı təşkil olunan «İncəsənət və Maarifləndirmə» sərgisində Mehriban xanım «Harmoniya» adlı əsəri ilə iştirak edəcək.
Rəssam artıq bu əsərin rəqəmsal variantını sərgiyə bağışlayıb.
Sərgidən əldə olunacaq vəsait zorakılığa uğrayan qadınların problemlərinin həllinə yönəldiləcək.
Xatırladaq ki, 2005-ci ildə Bigfork şəhərində Mehriban Əfəndinin fərdi sərgisi keçirilib.
Rəssam hazırkı dəvəti həmin sərginin uğurlu nəticəsi sayır.
Onu da xatırladaq ki, Mehriban Əfəndi 2010-cu ildə Parisdə keçirilən «Cinema&Costume Moulinc» festivalında Fayt Helmerin «Absurdistan» filminə görə «Ən yaxşı geyim rəssamı» mükafatına layiq görülüb.
XS
SM
MD
LG