Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:21

Misir İsrailə qaz nəqlini dayandırıb

Misir bildirib ki, ticarət münaqişəsi onları İsraillə qaz müqavilələrini dayandırmağa vadar edib.

Misir Təbii Qaz Holdinq Şirkəti elan edib ki, qərar aprelin 19-da verilib. Şirkətin rəhbəri Mohamed Shoeb deyib ki, qərara "kommersiya əlaqələrindən" savayı heç nə təsir etməyib.

Misir İsraili qaz nəqli ilə bağlı vəsait ödəməməkdə ittiham edib.

İsrail isə bildirib ki, 2011-ci ildə Hüsnü Mübarək hakimiyyətdən getdikdən sonra partlayışlar ucbatından qaz verilişi 10 dəfədən çox kəsilib.
This item is part of
XS
SM
MD
LG