Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 21:49

Rusiya polisi üçün yeni şərtlər


Rusiya polisi saxladığı şəxsi təcridxanaya göndərməzdən qabaq onun barəsində yoxlama aparacaq.

Bu barədə ölkənin "Rossiiskaya gazeta" nəşri aprelin 22-də yazıb.

Qəzet bildirib ki, polis saxlanan şəxsdən hər hansı xroniki və ya digər xəstəliyi olub-olmadığını soruşmalıdır.

Bütün məlumat isə sənədləşdirilməlidir və digər polis əməkdaşları, təcridxana işçiləri üçün açıq olmalıdır.

Qəzet bildirib ki, həbs edilən hamilə qadınlar və şəkər xəstələri ənənəvi yerlərdə saxlana bilməz, onlar yalnız tibbi yardım ala bildirdikləri yerdə saxlana bilərlər.

Polis məcburdur ki, saxlanan istənilən şəxsdə ciddi xəstəlik və travma olduğu, o cümlədən, saxlanan şəxsin ölümü barədə xəbər tutarsa, 3 saat ərzində onun yaxınlarına və prokurora məlumat verməlidir.
XS
SM
MD
LG