Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

İngiltərəli jurnalistlər Bəhreyndən deportasiya olunur


Aprelin 22-də Bəhreyndə qısa müddətə saxlanan ingiltərəli tele-jurnalistlər deportasiya ediləcəklər.

Onlar etiraz aksiyalarından çəkiliş aparan zaman həbs olunmuşdular.

Müxbir Jonathan Martin bildirib ki, o və çəkiliş qrupu azad olunsalar da, onların bəhreynli sürücüləri hələ də polisdə saxlanır.

Britaniyalı TV qrupu Formula-1” üzrə avtomobil yarışlarının növbəti Qran-prisindən reportajlar hazırlamaq üçün Bəhreynə ezam olunmuşdular. Həmin ərəfələrdə baş verən etiraz aksiyaları da jurnalistlərin diqqətindən qaçmayıb.

Bəhreyn əksəriyyəti şiə olan əhalisi bir müddətdir ki, sünni məzhəbini təmsil edən kraldan siyasi islahatlar tələb edir.
XS
SM
MD
LG