Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 01:51

Fransada prezident seçkisinin qalibi olmayıb


Francois Hollande və Nicolas Sarkozy
Francois Hollande və Nicolas Sarkozy
Aprelin 22-də Fransada keçirilən prezident seçkisinin qalibi olmayıb. Ən çox səs alan sosialistlərin namizədi Francois Hollande və prezident Nicolas Sarkozy mayın 6-da ikinci turda yarışacaqlar.

Birinci turun qalibi olmaq üçün seçicilərin 50 faizinin səsini qazanmaq lazımdır. Ancaq namizədlərin heç biri bu baryeri keçməyib.

Francois Hollande seçicilərin 28,63 faiz, hazırkı prezident Sarkozy isə 27,08 faiz səsini toplayıb.

Fransada hazırkı dövlət başçısı birinci dəfədir seçkinin birinci turunu uduzur.

İfrat sağ seçiciləri təmsil edən Milli Cəbhə Partiyasının təmsilçisi xanım Marine Le Pen 18,01 səslə üçüncü yerdə gəlir.

İfrat solçuları birləşdirən Sol Cəbhənin namizədi Jean-Luc Melenchon və mərkəzçi Francois Bayrou 10 % səslə dördüncü və beşinci yeri tutublar.
XS
SM
MD
LG