Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:48

Pakistan rəsmisi deyir ki, qəzaya görə "Bhoja Air" şirkəti məsuliyyət daşıyır


Pakistan hökuməti deyir ki, 127 adamın ölümüylə nəticələnmiş təyyarə qəzasına görə Bhoja Air şirkəti məsuliyyət daşıyır.

Daxili işlər naziri Rahman Malik deyir ki, şirkət bu qədər köhnə təyyarə almamalıydı.

O qeyd edib ki, istintaq başa çatanadək şirkət sahibinin ölkədən çıxması qadağan edilib.

Təyyarədə olan 121 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub.

İslamabaddan Karaçiyə uçan Boeing-737 təyyarəsi pis hava şəraitində yerə enərkən qəzaya düşüb və dərhal yanıb.

Təyyarə 10 ildir ki, istismardaymış.
XS
SM
MD
LG