Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:57

Praqada çoxminlik etiraz nümayişi keçirilib


Şənbə günü Praqada hökumətin siyasətinə etiraz olaraq çoxminlik nümayiş keçirilib.

Nümayişçilər sosial proqramların ixtisarını nəzərdə tutan planın ləğvini, Petr Neçasın rəhbərlik etdiyi kolaision hökumətin istefasını və vaxtındanəvvəl seçki keçirilməsini tələb ediblər.

Aksiyanı həmkarlar ittifaqı və vətəndaş fəallarını birləşdirən onlarla təşkilat təşkil edib.

Nümayişə sosial-demokratlar da qoşulub.

Şəhərin mərkəzinə əlavə polis qüvvələri çıxarılıb.

Çüxiya hökuməti yaxın 2 il ərzində büdcə kəsirinin artmasına yol verməmək üçün aprelin əvvəllərində əlavə iqtisadi tədbirlər planı qəbul edib.
XS
SM
MD
LG