Keçid linkləri

2026, 27 Avqust, cümə axşamı, Bakı vaxtı 00:18

BMT-də Suriya ilə bağlı səsvermə gözlənilir

Şənbə günü BMT-nin təhlükəsizlik şurasında Suriyadakı beynəlxalq müşahidəçilərin sayının artırılmasıyla bağlı səsvermə gözlənilir.

Bu barədə CNN diplomatlara istinadla xəbər verir.

Qətnamə layihəsində qəbul edilmiş sülh planının bütün 6 şərtinin təcili yerinə yetirilməsi tələb olunur.

Planı BMT və Ərəb Dövlətləri Liqasının xüsusi elçisi Kofi Annan təklif edib.

Yerli hüquq müdafiəçilərinin dediklərinə görə, cümə günü ölkədə baş vermiş toqquşmalarda 57 adam ölüb.

Amma bu məlumatı müstəqil mənbələr tərəfindən təsdiqləmək mümkün deyil.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.
This item is part of
XS
SM
MD
LG