Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 05:23

Kabilin ətrafında 10 ton partlayıcı aşkar edilib


Kabilin ətrafında içərisində 10 ton partlayıcı olan yük maşını aşkar edilib.

Bu barədə Milli Təhlükəsizlik İdarəsinin nümayəndəsi şənbə günü Kabildə keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yaraqlılar Kabilin kur məhəllələrində partlayış törətməyi planlaşdırırmış.

400 kisə partlayıcı yük maşınında kartofun altından tapılıb.
5 nəfərin həbs edildiyi xəbər verilir.

Onların Pakistan ərazisindəki düşərgələrdə xüsusi təlim keçdikləri güman edilir.
XS
SM
MD
LG