Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:39

Kofi Annanın sözçüszü Suriyada vəziyyətin gərgin olduğunu bildirir



BMT və ərəb Liqası ölkələrinin Suriya üzrə nümayəndəsi Kofi Annanın sözçüsü bildirir ki, bu ölkədə atəşkəs olduqca kövrəkdir və hazırda yerlərdə vəziyyət olduqca təhlükəlidir.

O əlavə edir ki, BMT Təhlükəsizlik Şurası 300 nəfərlik müşahidəçi qrupu təsdiq edən kimi Annanın ofisi də Suriyaya köçürüləcək.

Sözçü qeyd edir ki, hazırda Suriyada 7 müşahidəçi var. Gələn həftə onların sayı 30-a çatdırılacaq.

Aprelin 20-də Çin də bildirib ki, müşahidə missiyasında iştriak etməyə hazırdır.
Britaniyada yerləşən və Suriyada insan haqlarının vəziyyətini müşahidə edən qrup isə bildirir ki, aprelin 20-də də hökumət qüvvələri Homs şəhərini atəşə tutub və ora əlavə qüvvələr gətirib.
XS
SM
MD
LG