Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 15:38

İran Braziliyadakı diplomatının seks qalmaqalını inkar edir


İranın xarici İşlər Nazirliyi aprelin 20-də bəyanat yayaraq Braziliyadakı diplomatının ictimai hovuzda azyaşlı qızlara qarşı seksual hərəkətləri barədə məlumatları təkzib edib.

Braziliya polisi İran diplomatının hovuzda yaşları doqquzla 15 arasında olan azı 10 qıza bilərəkdən toxunduğunu bildirir. Aprelin 14-də polis həmin şəxsi saxlayıb. Amma onun İran diplomat olduğunu biləndən sonra azad edib.

Bundan əvvəl İranın Braziliyadakı səfirliyi əslində bunun mədəni müxtəliflikdən gələn anlaşılmazlıq olduğunu bildirmişdi.
This item is part of
XS
SM
MD
LG