Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Köklük Orta Asiya və Qafqazda ciddi problemlərə səbəb ola bilər



BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, köklük Orta Asiya və Qafqazda ciddi problemlərə səbəb ola bilər. Təşkilat bunu dəyişən həyat tərzi və kasıblıqla izah edir.

Qurum qeyd edir ki, taxıl və ət məhsullarından hədsiz istifadə xroniki risk faktorların əsasını təşkil edir.

Bu barədə məlumatlar təşkilatın aprelin 19-u və 20-də Bakıda keçirdiyi konfransda səslənib.

Hesabatda həmçinin qeyd edilir ki, Orta Asiya və Qafqazda aclığın 2030-cu ildə indiki 9 faizdən 2 faizə enəcəyi gözlənir. 2050-ci ildə isə bu rəqəmin bir faizə enəcəyi güman edilir.
XS
SM
MD
LG