Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:29

Breivik faciənin təfərrüatlarından danışır


Osloda Anders Behring Breivikin dördüncü gündür məhkəməsi davam edir. Bu günkü məhkəmə prosesində Breivik Utoya adasındakı gənclər düşərgəsində baş vermiş faciənin təfərrüatları haqqında prokurorun suallarına cavab verir.

Bundan əvvəl vəkili bildirmişdi ki, bu günkü məhkəmə prosesi çətin olacaq. O bunu deyəndə Breivikin hadisənin təfərrüatı haqqında danışacağını nəzərdə tutub.

Anders Behring Breivikin dünənki məhkəmədə demişdi ki, “mənim etdiyimi hər kəs törədə bilərdi”.

Anders Behring Breivik keçən il iyulun 22-də əvvəlcə maşına yerləşdirdiyi bombanı partlatmaqla 8 nəfəri öldürmüşdü. Sonra Utoya adasına gedib oradakı gənclərdən 69-u güllələmişdi.
XS
SM
MD
LG