Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:03

Deputat müxalifətin Səbail rayonunda mitinq keçirməsinə etiraz edir


Fuad Muradov (Arxiv foto)
Fuad Muradov (Arxiv foto)
Fuad Muradov deputat seçildiyi Səbail rayonunun 20-ci sahəsində müxalifətin mitinq keçirməsinə etiraz edir.
Deputat narazılığını Milli Məclisin aprelin 20-də keçirilən iclasında səsləndirib.
«Təəssüflər olsun ki, Azərbaycanda son zamanlar mitinq əhval-ruhiyyəsi var. Hamı fikirləşir ki, mitinq keçirməklə nəyəsə nail olacaq. Amma mitinq keçirməyin qaydaları olmalıdır. Əlində pivə şüşəsi, pivə içə-içə mitinqə getmək olmaz. Son zamanlar Səbail rayonunda böyük sosial-iqtisadi inkişaf var, yenidənqurma işləri həyata keçirilir. Ona görə də yaxşı olardı ki, mitinq yeri məsələsinə yenidən baxılsın»-deyə Fuad Muradov bildirib.
XS
SM
MD
LG