Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Fransada seçki kampaniyasının sonuncu günüdür


Bu gün Fransada prezident seçkisi ilə bağlı seçki kampaniyasının sonuncu günüdür. Hazırkı prezident Nicola Sarkozy isə Nitse şəhərində sonuncu seçkiqabağı mitinq keçirir. Onun əsas rəqibi, sosialistlərin namizədi Fransua Olland isə öz tərəfdarları qarşısında dünən Bordo şəhərində görüşmüşdü.

Fransada prezident seçkisinin ilk turu aprelin 22-də keçiriləcək. Prezidentliyə 10 namizəd mübarizə aparacaq. İkinci turun mayın 10-da keçiriləcəyi, mübarizənin də Sarkozy ilə Olland arasında olacağı gözlənilir.
XS
SM
MD
LG