Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:23

Orta məktəblərdə buraxılış imtahanlarını Təhsil Nazirliyi yox, TQDK aparacaq


Foto: Arxiv
Foto: Arxiv
Prezident İlham Əliyev «Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»də dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Həmin sənədə görə, orta məktəblərdə attestasiyanı (ümumtəhsil fənləri üzrə biliyin yekun qiymətləndirməsini) bundan sonra TQDK aparacaq.

Məlumatı AzərTAC yayıb.

İndiyədək attestasiyanı Təhsil Nazirliyi aparırdı. Bu da iki qurum arasında mübahisələrə səbəb olurdu.

TQDK sədri dəfələrlə bildirib ki, buraxılış imtahanlarında yüksək qiymət alan şagirdlər ali məktəblərə qəbul imtahanlarında həmin nəticəni göstərə bilmirlər.

Prezident fərmanında deyilir ki, Təhsil Nazirliyi şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığı və elektron məlumat bazasını 15 günə TQDK-ya verməlidir.

DƏRSLİKLƏRLƏ DƏ BAĞLI DƏYİŞİKLİK EDİLİR

Əsasnaməyə ümumtəhsil müəssisələrində fənlər üzrə dərsliklərin, dərs vəsaitləri və başqa tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi ilə bağlı bəndlər də əlavə olunub.

Fərmana əsasən, TQDK 1 aya dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratmalıdır. Eyni zamanda, 3 regional bölmənin yaradılması barədə təklifini Nazirlər Kabinetinə təqdim etməlidir.
XS
SM
MD
LG