Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:03

Qazaxıstanda müəllimlərə əməkhaqqı yerinə kartof təklif edilir


Arxiv foro - Belorusda polisə kartof yığdırılır.
Arxiv foro - Belorusda polisə kartof yığdırılır.
Qazaxıstanda müəllimlər şikayət edirlər ki, onlara əməkhaqları kimi tərəvəz təklif olunur. müəllimlər deyirlər ki, onlara bu tərəvəz bazar qiymətlərindən iki dəfə ucuz təklif edilir.

Qazaxıstanda Müəllimlər Birliyindən Saghira Nurbekova AzadlıqRadiosunun qazax xidmətinə deyib ki, artıq ölkənin cənub əyalətlərində bəzi kəndlərin müəllimlərinə maaş yerinə kartof, soğan və kök verilib. Düzdür onların qiymətləri bazardan iki dəfə ucuz hesablanıb, amma həmin məhsulların bir hissəsi xarab imiş.

Müəllimlərdən biri olan Alibek Sultanbekov da deyir ki, ona və həmkarlarına maaşının əvəzinə kartof təklif edilib:

- Kartofun yarısı çürükdür. Bizim məktəbə 2 ton kartof veriblər. Mən 34 kilo götürdüm. Onlar kartofu hamıya paylayıblar.

Regionun təhsil idarəsindən isə deyirlər ki, şikayətlərdən onlar da xəbərdardırlar. Amma araşdıranda iddiaların heç biri sübut olunmur. Biz konkret şikayətçiləri tapa bilmirik.

Bir neçə həftə əvvəl Özbəkistanda da dövlət büdcəsindən maaş alanlara toyuq təklif edilməsi barədə xəbər yayılmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG