Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:05

Suriyadakı müşahidəçilər monitorinqə başlayacaq


Dəməşqdə Suriya hakimiyyəti və BMT nümayəndələri arasında beynəlxalq müşahidəçilərin monitorinqə başlamasıyla bağlı razılıq əldə olunub.

Bu barədə BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Kofi Annanın nümayəndəsi Ahmed Faizi məlumat verir.

Faizinin sözlərinə görə, Kofi Annan eyni məqsədlə Suriya müxalifətinin nümayəndələrilə də görüşüb.

Suriyanın dostları qrupu cümə axşamı Parisdə Suriyadakı vəziyyəti müzakirə edirlər.

Rusiya görüşdə iştirak etmir.
XS
SM
MD
LG