Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 10:04

Rusiya ABŞ-la neft müqaviləsi imzalayıb


Rusiyanın dövlət neft şirkəti "Rosneft" və dünyanın ən böyük neft şirkəti hesab olunan ABŞ-ın "Exxon-Mobil" kompaniyası Rusiyanın arktik regionuna 500 milyard investisiya qoymağı nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalayıb.

Aprelin 16-da imzalanan və analitiklərə 2 gün sonra açıqlanan sənəd 3 arktik neft zonasında 85 milyard barrel kimi qiymətləndirilən neft ehtiyatı ilə işləməyi hədəf götürüb.

"Rosneft" birgə işin üçdə birinə nəzarət edəcək. "Exxon" isə ilkin geoloji kəşfiyyat üçün lazım olan xərcləri ödəməkdə kömək edəcək.

"Rosneft" həmçinin "Exxon"un ABŞ və Kanadadakı 2 layihəsində kiçik paket əldə edəcək.

Moskva bu məsələdə əlverişli vergi tətbiq edəcəyini deyir.

"Rosneft2 analoji böyük müqaviləni 2011-ci ildə BP ilə imzalamışdı ki, bir neçə ay sonra iflasa uğramışdı.
XS
SM
MD
LG