Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:41

Polis 3 silahlını öldürüb


Aprelin 18-də Rusiyanın Şimali Qafqazdakı qeyri-stabil regionu sayılan Dağıstan Respublikasında polis 3 döyüşçünü öldürdüyünü deyir.

Rəsmi məlumatda deyilir ki, Xasavyurd yoxlama məntəqəsində üç nəfər maşını saxlamaqdan imtina edib və polisə atəş açıblar.

Polis də cavab olaraq onlara silah açıb.

Rəsmilər deyirlər ki, onların hər üçünün kimliyi müəyyənləşdirilib və bəlli olub ki, onlar soyğunçuluq, silahlı hücum və yerli hüquq mühafizə orqanlarını öldürməyə cəhdə görə axtarışa verilibmişlər.
XS
SM
MD
LG