Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 04:55

Timoşenkonun məhkəməsilə bağlı dinləmələr keçirilir


Aprelin 19-da Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun yeni məhkəməsində ilk dinləmələrdir. O, 7 illik həbs cəzasına məhkum edilib.

Timoşenko bütün ittihamları rədd edib və səhhətinin pisləşməsi səbəbilə məhkəmədə iştirakdan imtina edib.

Onun ailəsi və vəkilləri bildirir ki, Timoşenko aylardır ki, kürəyində baş qaldırmış ağrılardan əziyyət çəkir.

Keçmiş baş nazir vergidən yayınma və Ukrayna büdcəsindən 400 milyon dollardan çox israfçılığa görə təqsirləndirilir. Vəzifədən sui-istifadəyə görə o, oktyabr ayında saxlanılıb. müttəhim özü isə bildirir ki, Ukrayna Prezidenti Viktor Yanukoviçin siyasi repressiyasının qurbanıdır.

Bu hadisə Ukraynanın Avropa Birliyi və ABŞ-la münasibətinin pisləşməsinə səbəb olub.
XS
SM
MD
LG