Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:21

Haaqa məhkəməsinin baş prokuroru Tripoliyə gedib


Haaga məhkəməsinin baş prokuroru Luis Moreno Ocampo keçmiş Lİviya dikdatoru Muammar Qaddafinin oğlu Saif al İslamın işiylə bağlı Tripoliyə gedib.

Saif al İslam ötən ilin noyabrında Liviyanın cənubunda həbs edilib.

Hazırda o Tripolinin 180 kilometrliyindəki Zintan şəhərində saxlanılır.

Liviya hakimiyyəti Saif al İslamı Haaqadakı beynəlxalq cinayət məhkəməsinə verməkdən imtina edir.

Haaga məhkəməsi onu insanlığa qarşı cinayət işlətməkdə ittiham edir.

Liviya hökuməti deyir ki, o evdə mühakimə olunmalıdır.
XS
SM
MD
LG