Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:18

Təqaüdçülərin kart ajiotajı


Pensiyaçıların etirazı
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00
Direct-ə keçid

Pensiyaçıların etirazı

Beynəlxalq Bankdan təqaüd alanlar bir neçə gündür ki, problemlə üzləşiblər. Kart hesablarında pul olmasına baxmayaraq, onlar plastik kartlarının vaxtı ötdüyü üçün təqaüdlərini bankomatlardan heç cür götürə bilmədiklərini deyirlər.

Neçə gündür ki, Beynəlxalq Bankın Bakıdakı filialları qarşısında etirazlarla müşayiət olunan uzun-uzadı növbələr yaranmaqdadır. Aprelin 18-də bankın Bakıxanov qəsəbəsindəki 8 saylı filialının qarşısında plastik kart almaq üçün 100-dən çox təqaüdçü növbəyə dayanmışdı. Onlar yaranmış vəziyyətə etiraz edirlər, deyirlər ki, kartlar pensiyalar köçürülməzdən əvvəl – ayın ortalarında hazırlanıb verilsəydi, daha yaxşı olardı. Digər qrup təqaüdçülər isə plastik kartların, əvvəllər olduğu kimi, sosial müdafiə mərkəzləri tərəfindən verilməsini daha məqbul sayırlar.

Təqaüdçü Nazim Quliyev:

«SOSİAL MÜDAFİƏ MƏRKƏZLƏRİ VERİRDİ, NİYƏ QOYMADILAR?»

Beynəlxalq Bankın Bakıdakı filialı qarşısında növbə - 18 aprel 2012
Beynəlxalq Bankın Bakıdakı filialı qarşısında növbə - 18 aprel 2012
«Dövlət Sosial Müdafiə Fondunun rəhbəri televiziyada çıxış elədi ki, bundan sonra pensiya kartlarının sosial müdafiə fondlarında deyil, banklarda veriləcək. O, bu zaman problemlərin olmayacağını dedi. Amma əfsuslar olsun ki, indi belə bir vəziyyət yaranıb. İndi fond sədri gəlsin, baxsın görsün, camaat necə əziyyət çəkir».

Təqaüdçülər hesab edir ki, kartların banklar tərəfindən verilməsi onların belə incidilməsi hesabına olacaqdısa, bu işi elə əvvəlki kimi sosial müdafiə mərkəzlərinin öhdəsində saxlayaydılar:

– Sosial müdafiə mərkəzləri verirdi, niyə qoymadılar? Camaatı yığıb töküblər bura.

- İndi nə deyirsiniz, hansı üsul yaxşıdır?

- Əlbəttə, biz istəyirik kartları sosial müdafiə fondları versin. Deyirlər ki, guya fonlarda rüşvət var, ona görə bu işlər pensiyaları verən banklara həvalə edilib. Amma mən bir neçə dəfə kartı dəyişmişəm, heç vaxt məndən rüşvət almayıblar.

ETİRAZLARDAN SONRA İKİNCİ MƏNTƏQƏ AÇILDI

Təqaüdçülər hesab edirlər ki, plastik kartların verilməsini bir qədər tezləşdirmək olardı:

- Pensiya verildiyi vaxt başlayıblar kartları verməyə, bu nə dərəcədə düzgündür? Əvvəldən hazırlaya bilməzdilər kartları?

- Sabunçu rayonu üzrə kartlar başqa yerdə verilmir ki?

- Yox, yox. Ancaq burda verilir.

Etirazlardan sonra plastik kartların ikinci bir məntəqədə də verilməsinə başlanılıb.
Təqaüdçülər hesab edirlər ki, plastik kartların verilməsini bir qədər tezləşdirmək olardı
Təqaüdçülər hesab edirlər ki, plastik kartların verilməsini bir qədər tezləşdirmək olardı

BANK TƏQAÜDÇÜLƏRİ PROBLEM YARATMAQDA QINAYIR

Şikayətçilər arasında olan bankın departament direktoru Elmir Həbibullayev kartların verilməsində bank tərəfindən hər hansı problemin olmadığını bildirdi. Onun fikrincə, problemi əraziyə yığılan adamlar yaradırlar və onlar kartların normal paylanmasına imkan vermirlər. Bank rəsmisi kartları verən bank filiallarının az olması fikri ilə də razılaşmadı. Bildirdi ki, narazılıqlar yaranan Yasamal və Sabunçu rayonlarında bankın bir neçə filialı var.

PUL VERƏNLƏ KART VERƏN QURUM ARASINDA İKİNCİ QURUMA EHTİYAC YOXDUR

Azərbaycanda bundan sonra pensiyaçılara plastik kartları Dövlət Sosial Müdafiə Fondu (DSMF) deyil, pensiyaları paylayacaq banklar verəcək. Bunu aprelin 17-də keçirilən mətbuat konfransda Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
S.Müslümov deyib ki, pensiya kartlarını hazırlayan və kartlara pul yükləyən təşkilatlar arasında hansısa bir quruma ehtiyac yoxdur.

Bu baxımdan da pensiyaçılar bundan sonra müddəti bitmiş kartlarını müvəkkil bankın müvafiq ərazidə olan filialından ala biləcək. Mart və aprel aylarında müddəti bitən kartların ümumi sayı 90 mindən artıqdır. S.Müslümova görə, proses yenicə başladığından pensiyaçılar arasında ajiotaj yaransa da, hər hansı bir narahatlıq üçün əsas yoxdur. Belə ki, artıq pensiyaçılar öz köhnə kartlarını harasa təqdim etməməlidir. Hər kartın bitmə vaxtı banka məlumdur və mart-aprel aylarında müddəti bitən kartların əvəzi artıq hazırlanıb.
Azər Mehtiyev
Azər Mehtiyev
Pensiyaçılar onları istənilən vaxt bankın qeydiyyat üzrə ərazidə yerləşən filialından ala bilərlər.

KARTLARIN BANKDAN VERİLMƏSİ MÜSBƏT HALDIR

İqtisadçı Azər Mehtiyev hesab edir ki, kartların sosial müdafiə mərkəzləri tərəfindən verilməsi bəzən neqativ hallarla müşayiət olunduğundan bu işin banklara verilməsi müsbət addımdır:

«Bəzən həmin kartların vətəndaşlara təqdim edilməsində sui-istifadə hallarına yol verilirdi. Artıq həmin kartlar sosial müdafiə qurumlarına verilməyəcək, insanlar gedib banklardan öz kartlarını götürəcəklər».

Beynəlxalq Bank isə bildirir ki, bankın pensiya paylanmasında təcrübəsi olduğundan kartların paylanması prosesi da uğurla həyata keçiriləcək. Bank yaranmış problemi aradan qaldırmaq üçün həftənin bütün günlərini işləməyə hazır olduğunu bəyan edib.
XS
SM
MD
LG