Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Yanukovych Obama'nı keçdi


Viktor Yanukovych
Viktor Yanukovych
Ukrayna prezidenti Viktor Yanukovych heç vaxt öz natiqliyi ilə seçilməyib. Onun üçün uğursuz yekunlaşan əvvəlki prezident seçkisi vaxtı çıxışlarının birində isə özünün akademik titullarını sayarkən «prezident» sözünü yanlış ifadə etmişdi.

Bir dəfə isə «genofond» sözünü «genosid» sözü ilə dəyişik salaraq Lvov sakinlərini «diqqətəlayiq genosid»ə görə tərifləmişdi. 2010-cu ilin dekabrındakı Yeni il təbrikində isə Ukrayna dilindəki «yalinka» sözünü unudaraq rus dilində «yolka» sözünü işlətmişdi.

Bütün bunların fonunda Viktor Yanukovych'in ən çox qazanan kitab müəllifləri sırasında birinci olması təəccüb doğurur. Prezidentin rəsmi saytında dərc olunmuş gəlir deklarasiyasında göstərilir ki, Viktor Yanukovych 2011-ci ildə yazdığı kitablara görə 16.4 milyon qrivna (2 milyon dollar) qazanıb.

OBAMA İLƏ BİR SIRADA

Bu kitabların arasında «Müxalifətdə bir il», «Hakimiyyətdə bir il», «Ukrayna bundan sonra necə yaşamalıdır» və s. kitablar var. Bu 2 milyon dollarlıq qonorarla Viktor Yanukovych Barack Obama ilə bir sırada dayanır. Obama prezident seçildiyi 2008-ci ildə buraxdığı kitablardan 2.5 milyon dollar
Barack Obama
Barack Obama
qazanmışdı.

Bir neçə mükafatlar qazanmış ukraynalı jurnalist İrene Rozdobudko deyir ki, Viktor Yanukovych'in yazdığı kitablardan bu qədər gəlir götürməsinə inanmaq çətindir. Onun fikrincə, Ukraynada dünyaca məşhur yazıçılar belə bu qədər qazanmırlar.

Yanukovych özü isə diqqəti bu mövzudan yayındırmağa cəhd edir. Prezident deyib ki, bu pulları xeyriyyə məqsədilə xərcləyəcək.

PREZİDENTİN BARMAĞININ KLAVİATURAYA DƏYDİYİNƏ ŞÜBHƏ EDİR

Viktor Yanukovych'in son kitabı ingilis dilində çıxan «Fürsət Ukraynası» adlanır. Bu kitab ötən ilin payızında işıq üzü görən kimi qalmaqala səbəb olmuşdu. Bir çox məşhur detektiv əsərlər yazmış Andriy Kokotyukha kitabları yazılarkən prezidentin barmağının bir dəfə olsun klaviaturaya dəydiyinə şübhə edir:

Vasyl Shklyar
Vasyl Shklyar
«Mən Yanukovych`in kitabda bir cümlə belə yazmasına inanmıram. O, indiyə qədər çıxışlarında buraxdığı quşlara görə patent almış olsaydı, bundan daha çox qazanardı».

1920-ci illərdə Ukraynada müqavimət hərəkatı haqda yazan Vasyl Shklyar deyir ki, Viktor Yanukovych`in kitablarından 2 milyon dollar qazanmasının yalnız bir yolu ola bilər:

«Bu qədər qonorar qazanmaq üçün o, gərək hər bir ukraynalıya, o cümlədən uşaqlara, qocalara və gözdən əlillərə hər kitabından ikisini sataydı».

Viktor Yanukovych'in tərəfdarları isə deyirlər ki, prezidentin gəlirləri qanunidir, heç bir nəşriyyat kitabı satmadan müəllifə pul ödəməz.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG