Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Müxalifətin mitinqinə cavab gəldi


Bakı şəhər İcra Hakimiyyəti İctimai Palataya aprelin 22-də mitinq keçirmək üçün icazə verib.

Paytaxt rəhbərliyi mitinq üçün yenə də şəhərin «20-ci sahə»sində yerləşən sürücü məktəbinin təlim mərkəzini ayırıb.

İctimai Palatanın üzvü Gülağa Aslanlı bildirib ki, hazırda qurumun Koordinasiya Şurası aldıqları cavabı müzakirə edir.

Gülağa Aslanlı onu da əlavə edib ki, onlar yürüş-mitinq keçirmək istəsələr də, paytaxt rəhbərliyi yalnız mitinqi məqbul sayıb.

İctimai Palata şəhər icra hakimiyyətinə ünvanladığı məktubda yürüş-mitinq üçün Bakının 3 ayrı-ayrı istiqamətini göstərmişdi.

İki həftə əvvəl də İctimai Palata sürücülük məktəbinin təlim mərkəzində mitinq keçirmişdi.
XS
SM
MD
LG