Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:24

Şəmkirdə tikilən su elektrik stansiyası 3 kəndə enerji verəcək


Bu barədə Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Sabir Quliyev məlumat verib.

Stansiya rayonun Mehrili kəndi ərazisində tikilir və sayca rayonda üçüncü su elektrik stansiyasıdır.

Sabir Quliyev deyir ki, stansiyanın su tələbatını ödəmək üçün yeni su anbarından 8 kilometrlik 2 su kanalı çəkilir. Stansiya Mehrli kəndi ilə yanaşı, Seyfəli kəndini və Çinarlı qəsəbəsini də enerji ilə təmin edəcək.

Rayonda hazırda 2 su elektrik stansiyası var və onlar hər il ümumilikdə 53 min kilovat-saat enerji istehsal edir.
XS
SM
MD
LG