Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:20

Körfəz Əməkdaşlıq Şurasının üzvləri Ahmadinejadın səfərini pisləyib


Körfəz Əməkdaşlıq Şurasının üzvü olan ölkələr İran prezidenti Mahmud Ahmadinejadın Abu Musa adasına səfərini pisləyib.

Qətərin paytaxtı Dohada verilən bəyanatda bildirilir ki, İranın bu addımı qonşu ölkələrlə olan sülh münasibətlərinə ziddir.

Mahmud Ahmadinejad aprelin 11-də Abu Musa adasında görüş keçirmişdi. Bundan sonra Birləşmiş Ərəb Əmirlikləri İrandakı səfirini geri çağırmışdı.

BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zahid al Nahyan deyib ki, İran prezidentinin adaya səfəri iki ölkə arasındakı mübahisəli üç ada məsələsinin sülh yolu ilə həllinə ziddir.

Abu Musa, Kiçik və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniyadan müstəqillik qazanandan sonra İranın nəzarəti altına keçib. İranla imzalanmış müqaviləyə əsasən, Abu Musa adası hər iki ölkə tərəfindən ortaq idarə olunmalıdır.
XS
SM
MD
LG