Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Eynulla Fətullayev UNESCO-nun Mətbuat Azadlığı Mükafatına layiq görülüb


Eynulla Fətullayev
Eynulla Fətullayev
Jurnalist Eynulla Fətullayev UNESCO-nun 2012-ci ildə Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

UNESCO-nun yaydığı məlumatda deyilir ki, Fətullayev karyerası boyu söz və ifadə azadlığını cəsurca müdafiə etdiyi üçün bu mükafatı alır. E. Fətullayev 2007-ci ildən 2011-ci ilə qədər müxtəlif ittihamlarla həbsdə olub.

Eynulla Fətullayev AzadlıqRadiosuna deyir ki, bu mükafata layiq görülmək böyük şərəfdir:

“Bu mükafat sadəcə keçmişdəki jurnalist fəaliyyətinə görə deyil, həm də gələcəkdə insan hüquqları müdafiəçisi kimi fəaliyyətində məni həvəsələndirir. Çünki biz çox çətin şəraitdə - söz və ifadə azadlığı, insan haqları və demokratiya ilə bağlı problemləri olan cəmiyyətdə yaşayırıq. Və mövcud durumu düzəltməkdə vətəndaş cəmiyyəti də məsuliyyət daşıyır və daha fəal olmalıdırlar”.

Mükafatlandırma mərasimi Mayın 3-də, Dünya MƏtbuat Azadlığı Günündə Tunisdə keçiriləcək.

UNESCO-nun Guillermo Cano mükafatı 1986-cı ildə Meksikalı narkotik baronları tərəfindən qətlə yetirilən jurnalistin şərəfinə təsis edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG