Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:16

Əsgər 2 yoldaşını öldürdü, 2-i yaraladı


Arxiv foto - Bakdıa əsgərlərin hərbi keçidi
Arxiv foto - Bakdıa əsgərlərin hərbi keçidi
-


Aprelin 17-də Müdafiə Nazirliyinin Şəmkirdəki hərbi hissəsində ölümlə nəticələnən hadisə baş verib.

Əsgər Vüqar Məmmədov avtomat silahdan atəş açaraq əsgərlər Pünhan Nağızadə və Müseyib Hüseynovu öldürüb, daha 2 əsgəri isə yaralayıb.

Vüqar Məmmədov həbs edilib. Fakt üzrə cinayət işi başlanılıb.

Hazırda Müdafiə Nazirliyinin komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mediaforum saytı yazır ki, bugünkü hadisəylə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun 2012-ci il itkiləri 22 nəfərə çatıb.

Aprelin 17-də “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi açıqlama yayıb ki, itkilərin 2-si döyüş, 1-i əməliyyat, 19-u qeyri-döyüş itkiləridir. Dünyasını dəyişənlərin 16-sı Müdafiə Nazirliyinin, qalanları Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu olub.
XS
SM
MD
LG