Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:51

Pulitzer Mükafatı qalibləri bəlli oldu


“Associated Press” Agentliyinin Nyu-York Polisinin müsəlman icmalarını izləməsini aşkara çıxaran jurnalist araşdırması builki Pulitzer Mükafatı qaliblərindəndir.

ABŞ-da nüfuzlu mükafat hesab olunan Pulitzer -2012-nin qalibləri aprelin 16-da Nyu-Yorkda elan edilib.

Frans-Press Agentliyinin əfqan fotoqrafı Massoud Hossaini də mükafatlandırılanlar sırasındadır: onun dekabr ayında Kabulda hücuma məruz qalan əfqan qızın kilsədə çəkdiyi foto qalib gəlib.

Qaliblər arasında “The Huffington Post”un da adı var.

Pulitzer mükafatı jurnalistlərlə yanaşı, ədəbiyyat, teatr və musiqiyə görə də təqdim olunur. Hər qalib 10 min dollar məbləğində mükafatlandırılır.
XS
SM
MD
LG