Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:33

Cavidan. Sərsəm cameə


Cavidan
Cavidan

Anar olduqca gözəl psixoloqdur deyə düşünürəm və sadəcə yaratdığı bütün obrazların dilində onlarla danışmağı bacaran biri kimi davranıb - nəhayət ki, həcvinin hədəfi olan adamlarla onların öz dilində danışmağa qərar verib.

.
Cavidan


SƏRSƏM CAMEƏ

İlin-günün bu vədəsində, işin-gücün əlindən başını qaşımaq üçün ayırdığın vaxt da əlahəzrət facebookun badına gedə demişdilər və üstündən də əlavə etmişdilər ki, facebooka daxil olduğun andaca Oktay Hacımusalı sənə bir sual yollaya:

“Anarin həcv yazmasına münasibətinizi öyrənmək istərdik, bu, Anara qarşı təxribat ola bilərmi, sanki biriləri onu qızışdırsınlar ki, yaz, sonra da bundan onun əleyhinə istifadə etsinlər?”

Baxın, belə bir qarğışa tuş gəlmişdim bu gün, dostlar!

Neynim, necə eləyim, neynim, necə eləyim, İlahi-pərvərdigara?!

Ən asanı iki qapalı mötərizədən ibarət bir təbəssüm edərək, düşünmədən cavab verməkdi: “Qısa deyəcəyəm, Anar ölkədə barmaq hesabı yazarlardandır, hətta mən deyərdim, yeganə yazardır ki, əsərlərindəki qadınlar səmimi və olduqları kimidirlər, sözümün canı odur ki, nə hər kişinin, nə də hər yazarın bacardığı bir iş deyil qadın psixologiyasını bu dərəcədə bilmək və olduğu kimi də ətrafa çatdırmaq. Yəni Anar olduqca gözəl psixoloqdur deyə düşünürəm və sadəcə yaratdığı bütün obrazların dilində onlarla danışmağı bacaran biri kimi davranıb - nəhayət ki, həcvinin hədəfi olan adamlarla onların öz dilində danışmağa qərar verib, bu qədər.))”

Baxın, belə bir düşüncəsizlik, dostlar!

Zatən bu dünyada, bu ölkədə, bu cameədə əslində müəyyən adamları müəyyən rəflərdə büküb-bürmələyib saxlamaq lazım ikən, bir gün məqam gələndə mövsümi ədviyyat kimi istifadə eləmək daha düzgün olmazmı?

Təsəvvür edin, siz kimisə ehtiyatda saxlayırsınız. Həmin adama münasibətinizdə siz külli-ixtiyar sahibisiniz və həmin münasibətin məcrasını kimsə yox, məhz siz özünüz haçan istəsəniz, harda istəsəniz, hansı məqsəd üçün vacib hesab etsəniz, o zaman yönləndirirsiniz və iplər mütləq sizin əlinizdə olur.

Ehtiyatda qalmış adam özünün sizə lazım olduğu məqamda dönüb özünün baqajına, daha doğrusu, özünün ehtiyat adamlar rəfinə baxır, orada sizə aid ola biləcək ştrixləri araşdırır, öz əleyhinə heç nə tapa bilməyəndə rahatca qəbul edir istifadə olunmaq qismətini.

Təbii ki, o özü də həmin məqamdaca sizi büküb-bürmələyir və qoyur gözdən iraq bir künc rəfə - haçansa lazım olar prinsipiylə.

Nə demək istəyirdim?

Demək istəyirdim ki, nə qədər sərsəm və nə qədər mənasız iş varsa yer üzündə, hamısından bir azı mütləq gəlib bizim ədəbi cameəyə yamaqlanmalıdır.

Camaatın cameəsi əsər yazar, adlar qazanar, bizimkilər də köşələrdə, şeirlərdə ad qoyar, adın üstündən od qoyar bir-birinə.

Sonra isə silsilə sorğular, köşə yazıları, müsahibələr yazılar bu qoyulan adların və odların şərəfinə.

Vallah, cameəmiz də qarğışa tuş olub!

Allahın Quranda dediyi kimi, “ gözləri, qulaqları, könülləri möhürlənib” çoxlarının.

Gözü, qulağı, könlü möhürlənmişlərə isə sözü bir dəfə de, iki dəfə de, üçüncü dəfə sus ki, sus, Allahı bilər, özü bilər...

***

Bu gündən silsilə esselərə başlayacaqdım guya, bu gün redaktordan soruşacaqdım ki, bəlkə mən də yazıb çap etdirə bilmədiyim romanımı hissə-hissə ötürüm, saytda çıxsın, oxuculara da xoş olar bəlkə, kim bilir, ədəbiyyat üçün bu da bir şansdır, bu şansı da vermək gərəkdir bəlkə elə özümüzə də, bizi oxuyanlara da...

Amma bunlar və bunlarla dolu xəbərlər-ətərlər qaraltdı qanımı, qarışdırdı fikirlərimi.

Gərək bulaşmayaydım!

Publika.Az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG