Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:40

Rusiyalı müxalif bərk döyülüb


Rusiyanın müxalifətdə olan Ximki Meşəsini Müdafiə Hərəkatının fəalı Aleksey Dmitriyev aprelin 16-da öz mənzilində naməlum şəxslərin hücumuna qalıb.

Yerli polis döyülmə faktı ilə əlaqədar təhqiqata başlayıb.

Bu zorakılıq hərəkatın lideri Yevgeniya Çirikovanın San-Fransiskoda dünyanın ətraf-mühitə dair ən böyük mükafatını “Goldman Environmental Prize” aldığı günə təsadüf edir.

Çirikovanın rəhbərlik etdiyi bu hərəkat 2009-cu ildə yaradılıb. Həmin vaxt Ximki sakinləri yerli hakimiyyətin Moskva-Sankt Peterburq şosesini meşənin yanından salma problemi ilə üzləşmişdilər. Hərəkat tədricən Kremlin daxili siyasətinə müxalif çıxan böyük bir siyasi qrupa çevrilib.
XS
SM
MD
LG